"Buta Airways" sərnişinlərə müraciət edib


İqtisadiyyat 16 Okt 2017 11:33:00 309 0

"Buta Airways" sərnişinlərə müraciət edib

Aviaşirkət oktyabrın 29-dan etibarən bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalından həyata keçirəcək

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways" oktyabrın 29-dan etibarən bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalından ("Şimal" girişindən) həyata keçirəcək. 

"Report" bu barədə aviaşirkətə istinadən xəbər verir. 

"Bu tədbir reyslərin optimallaşdırılması və sərnişinlərin gediş-gəlişinin rahatlığı üçün görülür", - deyə məlumatda qeyd olunub.