Neftin qiyməti ilə bağlı bədbin proqnoz


Digərləri 16 Okt 2017 11:35:00 260 0

Neftin qiyməti ilə bağlı bədbin proqnoz

Sentyarbın 25-də bir barelinin qyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyər itirsə də, oktyabrın 9-dan etibarən cüzi də olsa bahalaşa bilib. Bununla belə, hazırda hər barelinə 58 dollara yaxın pul ödənilən "Brent" markalı neftin gələcək qiyməti heç də nikbin görümür. Bir tərəfdən şist nefti, digər tərəfdən elektrik avtomobillərinin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov neftin qiyməti ilə bağlı dünya bazarındakı son vəziyyəti şərh edərkən bildirib.