Azərbaycanın gəmibərəsi istismara qaytarıldı FOTO


Digərləri 16 Okt 2017 11:27:00 407 0

Azərbaycanın gəmibərəsi istismara qaytarıldı  FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nəqliyyat donanmasına məxsus "Bərdə" gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

QSC-dən Son.az-a verilən məlumata görə, gəmi sınaq üzüşündən uğurla çıxıb. Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərənin registrə dair müvafiq sənədləri də artıq hazırdır.

"Bərdə" gəmi-bərəsinin yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismarına start verilib. Qeyd edək ki, üzən vasitə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır.


Xəbərə aid fotolar