İkardi Milan derbisinin tarixinə düşdü


İdman 16 Okt 2017 11:21:00 373 0

İkardi Milan derbisinin tarixinə düşdü

İtaliya A Seriyasının 8-ci turu Milan derbisi ilə əlamətdar olub. "İnter" və "Milan"ın bu dəfəki duelini "nerazzurri" qalib başa vurub - 3:2. "İnter"in heyətində İkardi het-trikə imza atıb. Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu Milan derbilərində het-trikə imza atan 4-cü "İnter"li olub. Bundan əvvəl Amadeo Amadei (1949), İştvan Nyerş (1953) və Diyeqo Milito (2012) analoji nəticəyə nail olmuşdu.