Bakıda yola "protiv" girən avtobus sürücüsü faciəyə səbəb oldu


Digərləri 16 Okt 2017 11:10:00 441 0

Bakıda yola "protiv" girən avtobus sürücüsü faciəyə səbəb oldu

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub.

Son.az baku.ws-yə istinadən xəbər verir ki, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub.

T.Babaşovanın həyat yoldaşı Müzəffər İsmayılovun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib.

Təranə Babaşova "8-ci kilometr" bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub.


Xəbərə aid fotolar