Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi artıb


Digərləri 16 Okt 2017 10:41:00 241 0

Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi artıb

Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi 2017-ci ildə artım nümayiş etdirib.

Bakı. Ənvər Məmmədov - Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi 2017-ci ildə artım nümayiş etdirib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. O qeyd edib ki, cari ilin 8 ayında ABŞ ilə əmtəə dövriyyəsi 416 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisini 7 faiz üstələyir. Nazir müavini bildirib ki, bu göstərici mümkün potensiala tam uyğun gəlmir.