"Real" Alaba üçün hərəkətə keçdi


İdman 16 Okt 2017 10:27:00 343 0

"Real" Alaba  üçün hərəkətə keçdi

“Bayern Munich"in futbolçusu David Alaba karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, “Sky Sports” nəşri avstriyalı müdafiəçinin “Real”dan təklif aldığını yazıb. 

Madrid təmsilçisi 25 yaşlı futbolçunu qış transfer dövründə heyətinə qatmaq niyyətindədir. 

Xatırladaq ki, “Real” Alabanı bu ilin yayında da transfer etmək istəsələr də, həmin vaxt almanlar təklifi rədd etmişdilər.

David Alaba “Bavariya”nın heyətində ümumilikdə 271 oyunda 24 qola imza atıb.