Mehriban Vüsaləni ittiham etdi "Maşın"da qalmaqallı həftə sonu VİDEO FOTO


Şou-biznes 16 Okt 2017 09:57:00 433 0

Mehriban Vüsaləni ittiham etdi  "Maşın"da qalmaqallı həftə sonu  VİDEO  FOTO

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktrisa Tünzalə Əliyevanı SMS səsverməsinə çıxarıblar. O, öz rəqibini açıqlamasa da, müğənni Talıb Tale hədəfdə olduğunu güman edərək, Tünzalə xanımın getməsinə səs istəyib.

Tünzalə xanımın Talıbla mübarizəyə başlaması Mehriban Xanlarovanın narazılığına səbəb olub. O, Vüsalə Kərimovaya bununla bağlı öz iradını da bildirib. "Siz demişdiz ki, Talıbla duelə çıxmaq istıyirsiz. Nəyə görə siz Tünzaləyə etirz etmədiz ki, Talıbla mən mübarizə aparacam", - deyə Vüsaləni qeyri-səmimilikdə ittiham edib. 

Lakin Tünzalə Əliyeva şouda qalmaq üçün yetərincə səs toplaya bilməyib. 54,19 faiz tamaşaçı onun getməsini istəyib. Bununla da milyonluq Youtube izləyicisi faktoru Talıb Talehi xilas edib.

Beləliklə, bu dəfə maşın Tünzalə üçün əldən getdi.


Xəbərə aid fotolar