"Maşın şou" biabırçılıqları, Rəqsanənin sevgililəri, Rövşanənin "qaçqın teatrı" və...


Şou-biznes 16 Okt 2017 09:15:00 392 0

"Maşın şou" biabırçılıqları, Rəqsanənin sevgililəri, Rövşanənin "qaçqın teatrı" və...

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (144-cü say) təqdim edir.

Əgər Murad Dadaşov növbəti "Maşın şou"nu da təşkil etsə, şou aləmində bircə nəfər də olsun hörmətli adam qalmayacaq. "Manıs"ların nüfuz kisəsinə azca nəsə girən kimi Dadaşov onları yığır maşının ətrafına. Sonrası da məlumdur. Məsələn, bu şouya qədər Günel Ələkbərova (Pişik Günel) ilə aparıcı Vüsalə Kərimova nə um-küs var idisə də, dilə gətirməmişdilər. Ancaq bu şouda Günel "Vüsalə oğlu yaşında oğlanla görüşür" dedi. Oğlu yaşında e. Vüsalənin oğlunun 17 yaşı var. 17 yaşlı oğlan hara, Vüsalə hara? Hələ mən meyxanaçı Samirənin açıqlamalarından danışmıram. Sənətçi bildirirdi ki, səsləri məhz Murad Dadaşov idarə edir. Elə deyəsən üç gün öncəki səsvermədən sonra qalib gələn Rauf Əhmədov da buna görə az qala Muradı şoudan kənarlaşdıracaqdı. 

Hamınızın gözü aydın olsun. Dünyanın ən zil səsli sənətçisi, gözəllər gözəli, mikrofonların qənimi Maral Tahirqızı azadlığa buraxıldı. Daha bundan sonra darıxmarıq. Elə ayda bircə dəfə zilə qalxıb videosunu paylaşsa, başımızı qatmağa mövzumuz var.

Rəqsanənin babat qarğış eləməyi də varmış. Özü də necə lazımdır möminmiş, xəbərimiz yoxmuş. Sənətçinin keçmiş sevgililərindən birinin atasının həbsinə reaksiyası belədir:

"Allaha qurban olum, varlığına min şükür. Bu həyatda heç bir pislik boş qalmır, mütləq qayıdır geci-tezi var. Heç bir pisliyə pisliklə cavab verməyin. Sadəcə, gözləyin, mən əmin oldum. Haqsızlığın axırı budur. Şükür Allaha, hələ biri də qaldı..."