50 yaşlı kişi faciəvi şəkildə öldü


Digərləri 16 Okt 2017 09:18:00 296 0

50 yaşlı kişi faciəvi şəkildə öldü

Oğuzda 50 yaşlı kişi şabalıd ağacından yıxılaraq ölüb.

Son.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, oktyabrın 15-də rayonun Xaçmaz kəndində 1967-ci il təvəllüdlü Yaşar Məmməd oğlu Seyidməmmədov həmkəndlisinə məxsus şabalıd ağacından yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.   Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.