Azərbaycanda ağır yol qəzası baş verib, xəsarət alanlar var


Digərləri 16 Okt 2017 08:28:00 315 0

Azərbaycanda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Sabirabadda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı "49 BD 773" dövlət nömrə nişanlı avtomobillə "VAZ 2106" markalı "90 ED 991" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.