Bəyənilən və bəyənilməyən qorxu


Digərləri 15 Okt 2017 20:45:00 293 0

Bəyənilən və bəyənilməyən qorxu

Qurani-Məcid bizlərə həm mənfi xofu və həm də müsbət xofu tanıtmışdır. Mənfi xof insana pərişanlıq və qəm gətirər və belə bir xofu Allah bəyənmir. Belə ki, bu ayələrdə Allah Təala buyurur:"Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar". ("Yunus" 62).

"Şübhəsiz, (səmimi qəlbdən) "bizim Rəbbimiz Allahdır!" deyən, sonar (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): "Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!"". ("Fussilət" 30).   Bəzi amillər vardır ki, insana qəm gətirər. İmam Sadiq (ə) bu haqda buyurur: "Kin, həsəd, pis xasiyyət xoşluğu insandan alar".   Son.az deyerler.org-a istinadən bildirir ki,  Allah qorxusu müsbət xoflardan biridir ki, möminlərin ən bariz sifətlərindən hesab olunur. İlahi övliyalar qəm və qüssəni ürəklərinə buraxmazlar. İlahi xof odur ki, insan Allah dərgahında əməl və rəftarlarına nəzarət edər və bilər ki, Allah ona nəzər salır.   İmam Səccad (ə) "Səhifeyi-Səccadiyyə"də İlahi xof barəsində buyurur: "Mənə rəhm et, çünki mən həqir insanam və qədrim azdır. Ona görə də mənə rəhm et, ey Mehribanların Mehribanı. Məni bağışla, ey Cəlal və İkram sahibi! Tövbələrimi qəbul et, çünki Sənsən o tövbələri qəbul edən".   Arif və mömin insanların İlahi xofu olar. Allah Təbarəkə və Təala Quranda buyurur: "Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq". ("İnsan" 10).   O kəs ki, Allahdan qorxar, başqa heç kəsdən qorxmaz. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü bütün gözlər ağlardır, məgər üç gözdən başqa: o göz ki, günah etməz, o göz ki, Allah bəndəliyində ayıqdır, o göz ki, gecənin qəlbində İlahi xofdan ağlayar".   Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Cəddim Hüseyn (ə) üçün tökdüyün göz yaşına görə müjdə verirəm ki, o zaman ölüm mələyi canını almaq üçün gələr, cəddim Rəsul (s), atam Əmirəl-möminin (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sənin başının üstünə gələrlər ki, onu bizə bağışlayın".