Avtomobili ev quşları ilə doldurub yolda təhlükəli vəziyyət yaratdı VİDEO


Digərləri 15 Okt 2017 20:47:00 343 0

Avtomobili ev quşları ilə doldurub yolda təhlükəli vəziyyət yaratdı  VİDEO

Avtomobilin arxa hissəsi ev quşu olan qazlarla örtülüb və diqqətlə baxmasan onların bir maşının üzərində olması bilinmir.

Qazlardan birinin anidən yerə düşməsi isə digər yol hərəkət iştirakçıları üçün təhlükə yarada bilər. Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobilin arxa hissəsi sanki qaz hinini xatırladır. Bir az diqqətlə baxmasan, ev quşlarının bir əşyanın və ya avtomobilin üzərində olmasını ayırd etmək çətindir. Göyçay rayonunda çəkildiyi bildirilən görüntüdə onlarla qaz bir avtomobilin üzərinə yığılıb. Bu halda magistral yolda hərəkət edən avtomobilin sahibi həm özü üçün, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Ekspert Azər Allahverənov bildirir ki, bu şəkildə yolda hərəkət faciəvi hadisələrə səbəb ola bilər. Mütəxəssisin sözlərinə görə, ev quşları, eləcə də ev heyvanları daşınarkən qanunvericiliyinin tələblərinə riayət etmək vacibdir. Bunun üçün minimal tələblər yerinə yetirilməlidir. Onu da qeyd edək ki, baş verən hadisə yükdaşıma qaydalarının pozulması kimi xarakterizə olunur və 40 manat məbləğində cərimə tətbiq olunur.


Xəbərə aid video