Namazları qılmağa vaxt olmadığı üçün gecə hamısını birdən qılmaq olarmı?


Digərləri 15 Okt 2017 20:50:00 358 0

Namazları qılmağa vaxt olmadığı üçün gecə hamısını birdən qılmaq olarmı?

İş, dərs və s. şeylərə görə namazı təxirə salmaq olmaz. Uca Allah buyurur: "O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38). Son.az zikr.az-a istinadən bildirir ki, ona görə də tənəffüslərdə və ya hazırlıqlar arasındakı vaxtlarda 10 dəqiqə vaxt tapıb, namazı qılmaq lazımdır, ürəkdən istəsəniz, Allahın izni ilə bunu edə bilərsiniz: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2). Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində