Lənkəranda avtomobil 2 gənci vurub


Digərləri 15 Okt 2017 20:12:00 283 0

Lənkəranda  avtomobil 2 gənci vurub

Bu gün Lənkəranda  minik avtomobil 2 piyadanı vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Boladi kəndi ərazisində qeydə alınıb.   Hələlik kimlikləri məlum olmayan  15-20 yaşlı iki gənc yolu keçmək istəyərkən onları avtomobil vurub. Dərhal yaralılar  Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə, digər yaralı isə  travmatologiya şöbəsinə yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.