Audi yeni universal təqdim etdi FOTO


Digərləri 15 Okt 2017 20:05:00 353 0

Audi yeni universal təqdim etdi  FOTO

Frankfurt-2017 avtosalonundakı bütün yeniliklər arasında ən gözləniləni, sözsüz, yeni nəsil B9-un təkmilləşdirilmiş universalı Audi RS4 Avant-dır.

Son.az auto.az-a istinadən bildirir ki, bir çox ekspertlərin güman etdikləri kimi, Almaniyadan olan yüksəl məhsuldarlı avtomobil 2,9-litrlik TFSI biturbo V6 mühərriki alıb. O, 450 a.g. və 600 Nm fırlanma anı verə bilir.

Güc aqreqatı tam ötürücü Quattro sistemi və modernləşdirilmiş, sürət ötürmələri optimallaşdırılmış 8-diapazonlu sürət qutusu ilə birlikdə çalışır.

Alman istehsalçının sözlərinə görə, təkmilləşdirilmiş universal Audi RS4 Avant 0-dan 100 km/saata 4,1 saniyəyə sürətlənir, onun maksimal sürəti 250 km/saatda məhdudlaşdırılıb.


Xəbərə aid fotolar