Masallının bu kəndində evlər təhlükədədir FOTO


Digərləri 15 Okt 2017 19:31:00 450 0

Masallının bu kəndində evlər təhlükədədir  FOTO

Təbii hadisə Rüdəkənar kəndində qeydə alınıb

Masallının Rüdəkənar kəndində yaşayış evlər təhlükə ilə üzləşib.

Son.az "Report"a istinadən bildirir ki, həmin kənddən keçən Ulumçayın sahilində yerləşən torpaq sahələri eroziyaya məruz qalıb. Nəticədə kənd sakinlərinin yaşayış evləri, yardımçı tikililər təhlükə altında düşüb. Sakinlərin bildirdiyinə görə evlər çaya o qədər də yaxın olmayıb. Güclü daşqınlardan sonra çaya sel gələndə tədricən yol uçquna məruz qaldığından çay məcrasını evlərə doğru dəyişib. Növbəti daşqınlar isə bir neçə gün əvvəl yağan intensiv yağışlardan sonra baş verib. Çayda suyun səviyyəsi azı 4-5 metr qalxdığından kəndin bu hissəsində də torpaq uçqunlarına səbəb olub. Həyətlərə daha da yaxınlaşıb. Hətta, meyvə ağacları olan ərazilər torpaq qarışıq selə qərq olub. Evi çaya daha yaxın olan Etibar Hüseynovsa təhlükəli olduğundan ehtiyatlanaraq gecələri ailəsi ilə birlikdə yaxınlarının evində keçirir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ərazi üzrə nümayəndəsi də həyətlərə baxış keçirərək zəruri tədbirlərin görülməli olduğunu qeyd ediblər.


Xəbərə aid fotolar