Nanəli limon çayının faydaları


Digərləri 15 Okt 2017 19:20:00 492 0

Nanəli limon çayının faydaları

Həzmi dəstəkləyir: nanə yağı və nanə çayı müxtəlif həzm, mədə və bağırsaq problemləri üçün minillərlə istifadə edilir. Hətta arxeoloji tapıntılar da, əslində nanə bitkisinin 10.000 il əvvəldən bəri qida möhkəmlətməsi olaraq istifadə edildiyini sübut edir. Nanə çayı köpü aradan qaldırır, bu da bədəndə yığılma səbəbiylə yaranan qabarıqlıq, kramp və mədə narahatlıqlarının aradan qaldırılmasına köməkçi olduğu mənasını verir.

Qızdırmanı salır: Nanənin sahib olduğu mentol təsiri soyutma funksiyası yerinə yetirərək yüksək qızdırmanı salmağa köməkçi olur. Nanədəki mentol faktoru bədəni tərlədərək soyumasını təmin edir. Nanə çayının həzm edilməsilə toksinlər tərləmə yolu ilə bədəndən çölə atılır və beləcə bədəndəki hərarət düşür. Stressi aradan aparır: Zehin və bədən stress ilə əhatə olunubsa, bir fincan sakitləşdirici nanə çayı içmək sizə bir az rahatlamağı təmin edəcək.

Son.az deyerler.org-a istinadən bildirir ki, nanə çayındakı mentol əzələləri boşaldan funksiyaya malikdir və gərgin əzələləri rahatlaşdırır. Əgər özünüzü əldən düşmüş hiss edirsinizsə, yatmadan əvvəl bir fincan nanə çayı içsəniz sizə rahat və istirahətli yuxu verəcək. Pis nəfəsi azaldır: Pis nəfəs problemindən əziyyət çəkən fərdlər daha xoş bir qoxunu təmin etmək üçün nanə çayını qurtum-qurtum içə bilərlər. Müntəzəm olaraq nanə çayının içilməsi qalıcı pis nəfəs problemlərindən xilas olmaq istəyənlərə köməkçi olacaq deməkdir. Soyuqdəymə və qripə qarşı yaxşı təsir göstərir: Tıxanma, hərarət, burun axması soyuqdəymə və qripin ən tipik əlamətləridir. Nə yaxşı ki, bu əlamətləri ortadan qaldırmaq üçün çayını dəmləyərək içə biləcəyiniz bir nanə bitkisi mövcuddur. Nanə çayının içində olan mentol təbii bir antikonqestant olaraq qəbul edilir: öskürək və nəfəs almada çətinliyə səbəb olan bəlğəmi aradan aparmağa kömək edir.