Tibbi miflər: soyuqdəymə zamanı dondurma yemək olmaz?


Digərləri 15 Okt 2017 19:17:00 364 0

Tibbi miflər: soyuqdəymə zamanı dondurma yemək olmaz?

Bir çoxlarının qənaətinə görə, soyuqdəymə zamanı dondurma və ya ümumiyyətlə süd məhsullarından istifadə etmək xəstəliyi daha da gücləndirə bilər. Bəs bu fikir doğrudurmu?

Burun tutulub, gözlərdən su axır, baş ağrıyır... Bu vəziyyətdə çox çətin ki, iştahanız olsun. Yox əgər, sizdə aclıq hissi varsa, sizin nə yeyib, nə yeyə bilməyəcəyiniz barədə bir çox fikirlər mövcuddur.

Və siz xəstələnən zaman ən yaxşısı süd məhsullarıyla qidalanmamaq barədə tez-tez eşidirsiniz. Deyilənə görə, dondurmadan, pendirdən və hətta süddən uzaq durmaq lazımdır.

Səbəb? Süd məhsulları guya bədəndə selik ifrazını artırır. Bu məlumat nə dərəcədə doğrudur?

Son.az BBC-yə istinadən bildirir ki, selik ifrazını xatırladan zaman qaşlarınızı çatmağa ehtiyac yoxdur: selik ifrazı bizim fiziologiyamızda böyük rol oynayır.

Seliklər bu yolla bizim orqanizmdəki zərif yerləri - burun çıxışlarını, tənəffüs borusunu, ağciyəri və mədəni qıcıqlanmadan və ziyandan qoruyur.

Beləliklə, selik ifrazı bizə lazımdır, lakin təbii ki, xüsusilə də soyuqdəymə zamanı ifraz edilən böyük həcmdə yox.

Südlə selik ifrazı arasında əlaqəni ötən əsrin tibb ədəbiyyatında da tapmaq olar.

Məsələn ənənəvi Çin təbabətində və görkəmli filosof, XII əsrin həkimi Moşe Ben Maymonun kitablarında.

Bir qədər əvvəl (2004-cü ildə) keçirilmiş araşdırma göstərib ki, 58 faiz əvvəlki kimi bunlara inanır və hətta bunu həkimlərindən də eşidiblər.

Belə ki, iddialara görə, kiçik həcmdə süd məhsullarından istifadə xoşagəlməz prosesin başlanmasına kifayət edir.

1993-cü ildə keçirilmiş sorğu müəyyən edib ki, alıcıların təqribən üçdə ikisi bir fincan südün boğazda böyük həcmdə selik kütləsi yaratdığına inanır.

Respondentlər suallara cavab verərəkən "qatı", "yapışan", "ağır" və "tıxanmış" sözlərindən istifadə ediblər.

Bu, əlbəttə ki, böyüklərdə rast gəlinən südə allergiya (burada əlamətlər daha ciddidir - qusma, səpgi və çətin tənəffüs) deyil.

Bu bədənin laktozanı qəbul etməməsi də deyil.

Laktozanın inkarı insanda süd məhsullarında olan laktozanı həzm etmək üçün lazımi fermentlər olmadıqda baş verir.

Bu zaman süd içən insanlarda qarında köp, ürək bulanması və ya diareya (ishal) başlayır.

Bəs orqanizm soyuqlayan zaman südün mənfi effekt verdiyini düşünən insanlarda nə baş verir?

Bunu müəyyən etmək üçün biz insanlara tərkibində inək südü olan (və ya olmayan) maddə içməyi təklif etməliyik və bir qədər sonra onlardan nə hiss etdiklərini soruşmalıyıq.

Cənubi Avstraliya xəstəxanasından olan tədqiqatçılar da məhz belə ediblər.