Qırğızıstanda prezident seçkiləri başa çatdı


Siyasət 15 Okt 2017 18:55:00 322 0

Qırğızıstanda prezident seçkiləri başa çatdı

Qırğızıstanda prezident seçkiləri başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştira etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb. İlkin nəticələrin seçki məntəqələrinin bağlanmasından sonra 1 saat ərzində açıqlanacağı gözlənilir.   Xarici müşahidəçilər və Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə təsir göstərəcək ciddi pozuntular qeydə almayıb. 

Son.az