"Xəzər Lənkəran"ın eks futbolçusu məşqçi kimi çalışacaq


İdman 15 Okt 2017 18:40:00 369 0

"Xəzər Lənkəran"ın eks futbolçusu məşqçi kimi çalışacaq

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq hücumçusu Oktay Dərəlioğlu məşqçi kimi çalışacaq. Goala.az xəbər verir ki,  41 yaşlı mütəxəssis Türkiyə II Liqasında mübarizə aparan "Kahramanmaraşspor"un sükanı arxasına keçib. "Kahramanmaraşspor" II Liqanın ağ qrupunda 17-ci pillədə qərarlaşıb. Oktay 2004/05 mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub və 17 oyuna 16 qol vurub. O, karyerası ərzində "Las Palmas" və "Nürnberg"in də formasını geyinib.