Bakıda "Müstəqilliyimiz əbədidir" şüarı altında veloyürüş keçirildi FOTO


Digərləri 15 Okt 2017 18:22:00 406 0

Bakıda "Müstəqilliyimiz əbədidir" şüarı altında veloyürüş keçirildi  FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan "Müstəqilliyimiz əbədidir" şüarı altında veloyürüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətini rəisi general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun və AzVİF-in velosipedçiləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

Azneft meydanından start götürən veloyürüş Neftçilər prospekti, Yusif Səfərov küçəsi ilə davam edib və Heydər Əliyev Mərkəzində başa çatıb.