Xarici KİVlərdə Azərbaycan məhsulları reklam olunacaq


Digərləri 15 Okt 2017 17:53:00 331 0

Xarici KİVlərdə Azərbaycan məhsulları reklam olunacaq

Xarici KİV-lərdə Azərbaycan meyvələri və meyvə şirələri ilə bağlı reklam çarxları yerləşdiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 2017-ci il 23-26 yanvar tarixlərində Almaniyaının Berlin şəhərinə, 5-8 fevral tarixlərində Əfqanıstanın Kabul şəhərinə, 9-11 fevral tarixlərində Pakistanın İslamabad, Ravalpindi və Lahor şəhərlərinə, 25-28 fevral tarixlərində Qətərin Doha şəhərinə, 23-26 aprel tarixlərində Qazaxıstanın Almatı və Astana şəhərlərinə 5 ixrac missiyası həyata keçirilib.