Vaqif Mustafayev Honkonq Televiziyasının müşaviri təyin olundu FOTO


Kriminal 15 Okt 2017 17:44:00 382 0

Vaqif Mustafayev Honkonq Televiziyasının müşaviri təyin olundu  FOTO

Premium kinoteatr "CinemaPlus Azərbaycan"da Azərbaycanın görkəmli kinorejissoru, Xalq Artisti, "Space" teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.

Son.az bildirir ki, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Bakıdakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə "Soqlasiya" qızıl ordeni Vaqif Mustafayevə təqdim olunub.

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycanla Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin fəxri fərmanı ilə təltif edilib.

Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı "Kambey" filminin çəkilişi razılaşdırılıb.