Gəncədə 2 PHS tapılıb (FOTO)


Digərləri 15 Okt 2017 17:47:34 321 0

Gəncədə 2 PHS tapılıb (FOTO)

Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Bakı. Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir. Agentliyin mütəxəssisləri tərəfindən Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən 2 saylı təcridxananın qarşısında ″Aqrar tikinti″ şirkəti tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd 152 mm-lik top mərmisi götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.