Kamran Ağayevin adı iştirak ərizəsinə salınmadı


İdman 15 Okt 2017 17:39:00 381 0

Kamran Ağayevin adı iştirak ərizəsinə salınmadı

Çexiya çempionatında 10-cu turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin  qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Teplice” ilə qarşılaşıb.  Görüş heç-heçə ilə başa çatıb- 2:2. Kamran bu görüşün də iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Geridə qalan turlarda 8 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.