"Fenerbahçe"nin futbolçusu: "Karyeramı bitirəndən sonra özümü dinə həsr edəcəm"


İdman 15 Okt 2017 17:17:00 341 0

"Fenerbahçe"nin futbolçusu: "Karyeramı bitirəndən sonra özümü dinə həsr edəcəm"

"Fenerbahçe"nin yarımmüdafiəçisi Jozef De Souza karyerasını bitirəndən sonra məşqçi və ya funksioner olmaq niyyətində deyil. Goal.az xəbər verir ki, braziliyalı havbek "ESPN" kanalına açıqlamasında özünü dinə həsr etmək istədiyini bildirib.

"Karyeramı başa vurandan sonra indi də məşğul olduğum şeyi edəcəm. Tanrının sözlərini və məzhəbimin fikirlərini təbliğ edəcəm. Keşiş olmayacam. Çünki bunun üçün fərqli istedada sahib olmaq lazımdır. Tanrının sözlərini yaymaq isə çox sevdiyim və "Vasco Da Gama"da oynadığımdan bəri fürsət düşdükcə etdiyim bir işdir. Məzhəbimin adı "Bola de Neve"dir (qartopu). Braziliya və dünyada 300-dən çox kilsəsi var. Mən də mahiyyətcə bir missionerəm və əlimdən gələni edirəm".

Sərbəst həyat tərzinə üstünlük verən "Bola de Neve" məzhəbinin Braziliya, Argentina, Kanada, Uruqvay və Kolumbiyada 100 min yaxın nümayəndəsi var.