Millimizin üzvünün debütü uğursuz oldu


İdman 15 Okt 2017 15:53:00 353 0

Millimizin üzvünün debütü uğursuz oldu

Qadın voleybolçular arasında Fransa çempionatına start verilib. Goal.az xəbər verir ki,  I turun ikinci oyun günündə Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venelles” də ilk matçına çıxıb. Komanda startda “Paris”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş “Venelles”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb (29:31, 24:26, 21:25). Qurbanova matçı 11 xalla başa vurub.