2018- Afrika Milətlər Kubokunun ev sahibi dəyişdi


İdman 15 Okt 2017 16:34:00 424 0

2018- Afrika Milətlər Kubokunun ev sahibi dəyişdi

2018-ci ildə Afrika Millətlər Kuboku Mərakeşdə təşkil olunacaq. Goal.az xəbər verir ki, daha öncə təşkilatçılıq Keniyaya həvalə edilmişdi. Amma turnirə hazırlığın ləng getməsi və ölkədə hökm sürən qeyri-sabit siyasi durum Afrika Futbol Konfederasiyasını bu qərarı yenidən nəzərdən keçirməyə vadar etmişdi. Keniyanın əvəzinə turnirdə Misir oynayacaq. Millətlər Kuboku 12 yanvar - 4 fevral tarixlərində baş tutacaq.