Qırğızstanda prezident seçkiləri: saat 16:00-a seçiciləri 35.8%-i səs verib


Digərləri 15 Okt 2017 16:14:46 273 0

Qırğızstanda prezident seçkiləri: saat 16:00-a seçiciləri 35.8%-i səs verib

Qırğızstanda prezident seçkilərində saat 16:00-a seçicilərin iştirakı 35.8% təşkil edir.

Bakı. Qırğızstanda prezident seçkilərində saat 16:00-a seçicilərin iştirakı 35.8% təşkil edir. Trend-in Kabar agentliyinə istinadən verdiyi məlumata əsasən, Bişkek şəhəri üzrə iştirakçıların 39,1%, Oş şəhəri üzrə isə 49,4%, Çuy vilayəti - 32,7%, İssık-Kul vilyəti - 34,3%, Narın vilayəti - 37,4%, Talas vilayəti - 41,1%, Oş vilayəti - 36,6%, Cəlal-abad vilayəti üzrə 29,8%, Batken vilayəti üzrə isə 34,7%-i səs verib. Qeyd edək ki, ölkədə 2375 seçki məntəqəsi fəaliyyət göstərir. Onlar yerli vaxtla səhər saat 08:00-dan axşam 20:00-dək açıq olacaq. Seçkilərdə 11 namizəd iştirak edir.