Azərbaycanlı İŞİDçilər Raqqa mühasirəsində


Digərləri 15 Okt 2017 15:27:00 342 0

Azərbaycanlı İŞİDçilər Raqqa mühasirəsində

Suriyada kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin mühasirəsində olan və İŞİD-in "paytaxtı" elan edilmiş Raqqa şəhərində qalan terrorçular şəhəri salamat tərk etmək barədə razılıq alıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyasının qərargahında "İslam dövləti"nin döyüşçülərinin və dinc sakinlərin Raqqanı tərk etməsinə icazə verdiklərini açıqlayıblar. Bu haqda "Assosiated press" bildirir.

Məlumata görə Raqqadakı qəbilələrin rəhbərləri Amerika koalisiyasına və Suriya Demokratik Qüvvələrinin rəhbərliyinə müraciət edərək qan axıdılmasının dayandırılması naminə sakinlərin və İŞİD terrorçularının şəhəri tərk etməsinə icazə verməyi xahiş ediblər. Onlar deyiblər ki, terrorçuların evakuasiyası dinc sakinlərin həyatını xilas etməyə imkan verəcək. Ötən həftəyə olan məlumata görə şəhərdə 4 minə qədər dinc sakin qalmışdı. ABŞ koalisiyasının İŞİD-ə endirdiyi hava zərbələri nəticəsində Raqqada müntəzəm olaraq dinc sakinlər də həlak olur.