Stiven Jozef-Monroz: "10 min dollar cərimədən xəbərim yoxdur" - MÜSAHİBƏ


İdman 15 Okt 2017 14:52:00 412 0

Stiven Jozef-Monroz: "10 min dollar cərimədən xəbərim yoxdur" - MÜSAHİBƏ

"Qəbələ”nin futbolçusu Stiven Jozef-Monroz Topaz Premyer Liqasının VIII turunda səfərdə "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. 

- "Qəbələ”nin bugünkü oyunundan razı qaldınız?

- Əsas olan qələbə idi. Sumqayıtda oynamaq çətindi. Buna baxmayaraq, səfərdən 3 xalla dönürük.

- Mütəxəssislər komandanızın hazırda göstərdiyi oyunun çempion olmağa ümid vermdəyini sayır. Bununla razısınız?

- Necə olacağını əvvəldən demək olmaz. "Qəbələ” ötən mövsüm 1-ci yerdə getsə də, sonda çempion ola bilmədi. İndi də uğurlu nəticə üşün əlimizdən gələni edirik, öz oyunumuzu oynayırıq. 

- "Neftçi” ilə oyundan dərhal sonra komanda yoldaşınla Ruslan Qurbanovla aranızda baş verən insident barədə nə deyə bilərsiniz? Həmin olaydam sonra nə dəyişib?

- Bu məsələnin öz aramızda qalmasını üstün tuturam. Bu, ailəmizdə olan problem idi. İndi hər şey yaxşıdı.

- Klub rəhbərliyinin bu hadisəyə görə sizi 10 min dollar cərimələməsi doğrudu?

- Belə suallara cavab vermirəm. Cərimə mənə heç bir xəbər gəlməyib.

- Çempionluq yolunda əsas rəqibiniz "Qarabağ”ın "Atletico” ilə oyununu tribunadan izləyəcəksən?

- Həmin vaxt Qəbələdə olacağıq. Oyuna gəlib-gəlməyəcəyimizi bilmirəm. "Qarabağ" Azərbaycanın komandasıdır, bol şans, uğurlar diləyirəm.

- Fransa yığmasında oynamısan. "Atletico”nun futbolçusu olan həmyerliniz Antuan Qrizmannla münasibətin var?

- Fransa millisinindən bəzi oyunçuları tanıyıram. Hərənin öz həyatı var. Bu, sadəcə tanışlıqdır.