Ellardays: "Şotlandiya millisindən yaxşı təklif almışdım"


İdman 15 Okt 2017 14:16:00 354 0

Ellardays: "Şotlandiya millisindən yaxşı təklif almışdım"

Tanınmış ingiltərəli mütəxəsis Sem Ellardays Şotlandiya millisindən gələn təklifi rədd edib. Goal.az xəbər verir ki, bunu 62 yaşlı mütəxəsisin özü "BBC Sport"a açıqlamasında deyib. O, məşqçilik karyerasına fasilə verdiyini vurğulayıb.

"Şotlandlar əlverişli təklif irəli sürmüşdü, amma indi münasib vaxt deyil. Hazırda istirahət edirəm. Şotlandiya millisinin baş məşqçisi postuna Devid Moyesi seçərdim".

Şotlandlar 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməyəndən sonra baş məşqçi Qordon Straçan istefa vermişdi. Millinin ətrafında Yurqen Klinsmann və Sem Ellardaysın adı hallanırdı. Buna baxmayaraq baş məşqçinin səlahiyyətini müvəqqəti olaraq gənc Malki Makkey icra edəcək.