BƏƏ millisinə italyan mütəxəsis


İdman 15 Okt 2017 13:34:00 385 0

BƏƏ millisinə italyan mütəxəsis

İtaliyalı mütəxəsis Alberto Zakkeroni BƏƏ millisinə baş məşqçi təyin olunacaq. Goal.az xəbər verir ki, 64 yaşlı çalışdırıcı bu postda argentinalı Edqardo Bauzanı əvəzləyəcək. Bauza bu postda cəmi 3 oyundan sonra Səudiyyə Ərəbistanı millisinə getmişdi. Zakkeroninin son iş yeri Çinin "Beijing Guoan" klubu olub. O, milli komandalardan 2010-14-cü illərdə Yaponiyanın baş məşqçisi olub. Zakkeroninin rəhbərliyi altında yaponlar 2011-ci il Asiya Kubokunun qalibi olub.