Azərbaycanın müdafiə naziri Gürcüstana səfər edəcək


Siyasət 15 Okt 2017 13:14:00 358 0

Azərbaycanın müdafiə naziri Gürcüstana səfər edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da Gürcüstana səfər edəcək.

Son.az report.az-a istinadən bildirir ki, iki gün davam edəcək səfər çərçivəsində Zakir Həsənov gürcü həmkarı Levan İzoria və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək.

Bu görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.