Zanetti: "Adrianonu düşdüyü depressiyadan çıxara bilmədik"


İdman 15 Okt 2017 11:32:00 390 0

Zanetti: "Adrianonu  düşdüyü depressiyadan çıxara bilmədik"

"İnter"in canlı əfsanəsi Xavyer Zanetti braziliyalı Adriano barədə danışıb. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis depressiyanın onu parlaq gələcəyinə təsir göstərdiyini vurğulayıb.

"Real Madrid"ə vurduğu qolu görüncə özü-özümə "Yeni Ronaldo tapmışıq" -demişdim. Amma Adriano gecəqondudan çıxmış bir oğlan idi. Bu səbəbdən ona qarşı bəzi şübhələrim vardı. Çünki gecəqonduların necə olduğunu bilirəm. Yoxsulun varlıya çevrilməsi biraz təhlükəlidir. Atasının ölümünü öyrəndiyi telefon zəngi zamanı onunla eyni otaqda idim. Telefonu söndürdü. Arxasını mənə tərəf çevirib təsəvvürə gəlməz dərəcdə qışqırmağa başladı. İndi də həmin anda keçirdiyim hissləri xatırlayıram. Həmin gündən etibarən mən və Massimo Moratti ("İnter"in sabiq prezidenti) ona kiçik qardaşımız kimi davranmağa başladıq. Futbol oynamağa, qolla vurmağa davam etdi. Atasının onu gördüyünə inanırdı və işinə köklənmişdi. Daha sonra bir telefon zəngi də gəldi. Bu zəng hər şeyi dəyişdi. Məşq toplanışların birində İvan Kordoba və Adriano eyni otaqda qalıbmış. İvana Ronaldo və Zlatan İbrahimoviçin sintezi olduğunu deyib. Dünyanın ən yaxşısı ola biləcəyini qeyd edib. Adrianonun girdiyi depressiyadan çıxara bilmədik. Bu, mənim karyeramda ən böyük məğlubiyyətimdir. Onun acılarına qarşı özümü həmişə çarəsiz hiss edirdim".