Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 68-ə çatıb


Digərləri 15 Okt 2017 11:25:14 320 0

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 68-ə çatıb

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Bakı. Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 68-ə çatıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, daha 34 nəfər itkin düşdüyü bildirilir. Daha öncə 54 nəfər öldüyü, 39 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı. Güclü yağış və daşqınlar 200 evin dağılmasına səbəb olub, 30 mindən çox ev su altında qalıb. Thanhoa, Nqean və Hatin kimi mərkəzi vilayətlərdə 5 mindən çox ailə evlərini tərk etməyə məcbur olub. İnsanların təxliyəsi davam edir.