Dirarın "Fenerbahçe"də aldığı məvacib ortaya çıxıb


İdman 15 Okt 2017 10:50:00 409 0

Dirarın "Fenerbahçe"də aldığı məvacib ortaya çıxıb

"Fenerbahçe"nin ötən yay "Monaco"dan transfer etdiyi Nabil Dirarın müqaviləsindəki maliyyə şərtləri məlum olub. Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin 3.12 milyon avro məvacib aldığı iddia olunur. "Monaco"da bu rəqəm 2.4 milyon avro təşkil edirdi.

"Sarı lacivərdlilər" Dirarın transferinə 4.5 milyon avro xərcləmişdi. Buna baxmayaraq mərakeşli futbolçu ümidləri hələ ki doğrultmayıb.