Qırğızıstanda prezident seçkiləri başlayıb
Dünya 15 Okt 2017 06:18:42 296 0
Seçkiləridə 325768 nəfərin səs verə biləcək
Bu gün saat 8.00 (Bakı vaxtı ilə saat 06.00) Qırğızıstanda prezident seçkiləri başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət qeydiyyat xidməti seçkiləridə 325768 nəfərin səs verə biləcəyini açıqlayıb.
Onlardan 2908453 ölkə daxilində, 98735 qırğızıstalı-əlavə açılmış seçki məntəqələrində, 18580 –isə ölkədən kənar öz səs vermə hüququndan istifadə edə biləcək.
Dövlət başçısı postuna 11 nəfər namizədliyini irəli sürüb. Seçkilərin gedişatını izləmk üçün beynəlxalq təşkilatların müşahidəçiləri ölkəyə gəlib.
Seçkilər zamanı təhlükəsizlik və ictimai asayışı qorumaq üçün 9 384 hüquq-mühafizə orqanalrı əməkdaşı cəlb olunub.
Mənbə: report.az