Səudiyyə Ərəbistanı ABŞ-ın İranla bağlı yeni strategiyasını dəstəkləyib


Dünya 15 Okt 2017 05:49:50 326 0

Səudiyyə Ərəbistanı ABŞ-ın İranla bağlı yeni strategiyasını dəstəkləyib

“Kral yeni administrasiyanın liderlik rolunu yüksək qiymətləndirib"

Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdül Əziz əl-Saud ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqları zamanı Birləşmiş Ştatların İranla bağlı yeni strategiyasına dəstəyini ifadə edib.

“Report”un məlumatına görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı xəbər verib.

“Kral yeni administrasiyanın liderlik rolunu yüksək qiymətləndirib. Terrorçuluq və ekstremizmin əsas sponsoru olan İrana qarşı birgə səylər və sərt mövqeyin vacibliyi vurğulanıb”, - deyə bəyanatda bildirilir. 

Qeyd olunur ki, Tramp krala tutduğu mövqeyə görə təşəkkürünü bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyə nail olmaq üçün öz müttəfiqləri ilə birgə iş aparacaq.