KİV: İngiltərə şəhzadəsinin qohumu saxlanılıb


Dünya 15 Okt 2017 04:54:20 326 0

KİV: İngiltərə şəhzadəsinin qohumu saxlanılıb

O, şahzadə ilə hersoqinyanın nikah mərasimində iştirak edib

Kembric hersoqinyası Ketrinin dayısı həyat yoldaşını döydüyü üçün saxlanılıb.

“Report” “The Independent”ə istinadən xəbər verir ki, 52 yaşlı Harri Qoldsmit Londonun Uimpoul-strit küçəsindəki evində ehtimal olunan insidentdən sonra polis tərəfindən saxlanılıb.

H.Qoldsmit Keytin anası, Kerol Middltonun kiçik qardaşıdır. O, şahzadə Uilyamla hersoginyanın nikah mərasimində iştirak edib.