Xızıda 243 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Siyasət 15 Okt 2017 02:03:57 388 0

Xızıda 243 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Ümumiyyətlə 12278 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 243 ədəd partlamamış hərbi sursat (PHS), 79 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 327 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 388 500 kv.m (38.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 43 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 12 278 ədəd partlamamış hərbi sursat (PHS), 5 109 ədəd partlamış-yanmış sursat qalıqları və 36 470 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 46 477 328 kv.m (4 648 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.