Slovakiyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var


Dünya 15 Okt 2017 00:37:36 324 0

Slovakiyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Qəza zamanı 7 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb

Slovakiyada mikroavtobus yük avtomobili ilə toqquşub.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

Xəbərdə qeyd olunur ki, hadisə ölkənin qərbində, Previdza ərazisində qeydə alınıb. Təcili Yardım Xidmətinin Operativ Mərkəzinin nümayəndəsi Yozef Minarın sözlərinə görə, içində 9 nəfərin olduğu "Opel Vario" mikroavtobusu yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobus aşıb.

Qəza zamanı 7 nəfər ölüb. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Onlardan biri kritik vəziyyətdədir.

Hadisənin baş verdiyi yerdə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Polis faktla bağlı təhqiqata başlayıb.