"Sumqayıt” – "Qəbələ” matçında 1 qol


İdman 14 Okt 2017 23:44:00 354 0

"Sumqayıt” – "Qəbələ” matçında 1 qol

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Goal.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 29-cu dəqiqədə Famussa Kone vurub. O, "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevlə təkbətək çıxaraq, hesabı açıb. İkinci hissədə Samir Abasovun baş məşqçi olduğu komanda ən azı bərabərlik qolunu vurmağa çalışsa da, buna nail ola bilməyib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Sumqayıt" isə 10 xalla 4-cüdür.

Qeyd edək ki, daha əvvəl "Qarabağ” "İnter”i 2:0, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Turun son matçı isə oktyabrın 15-də "Səbail” və "Neftçi” komandaları arasında olacaq.