Əzələ kütləsini artıran qidalar


Digərləri 14 Okt 2017 23:15:00 358 0

Əzələ kütləsini artıran qidalar

1. Yumurta. Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.

  2. Toyuq filesi. 100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.

  3. Su. Baxmayaraq ki, su qida deyil, amma əzələ toxumasının 75%-ni təşkil edir. Son.az immunitet.az-a istinadən bildirir ki, gün ərzində lazımi miqdarda su qəbulu enerjiləri bərpa edir, həzm sistemini normallaşdırır, hansı ki, bu amillər əzələlərin düzgün inkişafına səbəb olur.

  4. Balıq yağı. Balıq yağı - ağır məşqlərdən sonra orqanizmin bərpa olunmasına yardım edir. Bu isə məşqlərin intensivliyini artırmağa imkan verir. Bundan əlavə, balıq yağı maddələr mübadiləsini sürətləndirir.

  5. Mal əti. Mal əti - keyfiyyətli zülalın əla mənbəyidir. Tərkibində çoxlu miqdarda A, E vitamini var.

  6. Hinduşka əti. Hinduşka əti də həmçinin, çoxlu miqdarda zülal və 11 vitamini özündə birləşdirir.