"Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu"


Şou-biznes 14 Okt 2017 22:49:00 425 0

"Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu"

Tanınmış aparıcı İlqar Mikayıloğlunun "Maşın" şoudan müğənni Xatuntərəfindən gözlənilmədən uzaqlaşdırılması birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə gün ərzində Xatuna iradlarını bildirən izləyicilər müğənninin düzgün addım atmadığını deyiblər.

Son.az oxu.az-a istinadən bildirir ki, İlqar Mikayıloğlu şouda baş verənlərlə bağlı fikirlərinibölüşüb. 

-İlqar, Xatunla sənin gedəcəyini əvvəlcədən razılaşdırmışdınız?

-Öncə deyim ki, Xatunla bizim əvvəldən yaxşı münasibətimiz olub. Onun həyat yoldaşım Zülfiyyə xanımla da isti münasibətləri var. Fikir verdinizsə, verilişdə iştirakçılar təqdim olunanda da biz səhnəyə bir çıxdıq. Bir sözlə, Xatunun əlindən tutub şouya gətirdim. Ona həmişə deyirdim ki, səninlə işim yoxdur. Verilişdən bir gün əvvəl mənə yaxınlaşdı və dedi ki, çıx səsverməyə və məni uzaqlaşdır. Amma ona dedim ki, mənim sənə əlim qalxmaz. O, "Səni çıxarsam inciməzsən ki?" deyə müraciət etdi. Bunu zarafat kimi qəbul elədim və dedim ki, "Yox, çıx oyununu oyna". Mən nəzərdə tuturdum ki, hədəfini əvvəlcədən açıqla və rəqibin üzərində kişi kimi qələbə qazan. Amma o, sona qədər hədəfi açıqlamamaqla haqsızlıq etdi. Bu, mənə qarşı yox, məni verilişdə dəstəkləyən tamaşaçılara, dostlarıma və Xatuna qarşı göstərdiyim münasibətə hörmətsizlik idi. Xatun mənim rəqibim deyil, adımı açıqlasaydı, sona qədər getsin deyənlər çox olacaqdı. O, bunu gözəl bildiyinə görə, məni arxadan vurdu. Əlindən tutub şouya gətirdiyim Xatun məni arxadan vurub yola saldı. Bu gün şərhləri oxuyurdum. Bir izləyicinin şərhi məni yenidən özümə  qaytardı. Yazmışdı ki, "İlqarın gediş anında simasından bu sözləri oxudum. İndi əlimdə bir Kalaşnikov olardı, hamınızı qırıb gedərdim". Bütün izləyicilərimə təşəkkür edirəm. Haqsızlıq  üzündən onlara mübarizədə şans yarada bilmədim.

-Özünüzə başlıca rəqib kimi görürdünüz?

-Mənim üçün rəqib anlayışı ancaq finalda ola bilərdi. İstənilən şəxslə səsvermədə yarışa bilərdim. Mən sms-in yox, gücün həll etdiyi mərhələdə rəqib axtarardım. Amma mənə finalda Vüqar Əbilov, Mehriban Xanlarova və Vüsalə Kərimova ilə mübarizə maraqlı olardı. Mən müharibə görmüş bir adam kimi, onlarla fiziki yox, psixoloji rəqabət aparacaqdım. Güc yox, konsentrasiya əsasdır.

-Samirə Yusifqızı verilişdə hər şeyi Murad Dadaşovun həll etdiyini iddia edir. Bunu hiss etmisinizmi?