ƏlMəyadin şəhəri İŞİDdən azad edildi


Dünya 14 Okt 2017 22:56:00 398 0

ƏlMəyadin şəhəri İŞİDdən azad edildi

Şəhərdə toplaşan İŞİD terrorçuları məhv edilib

Suriyanın hökumət qüvvələri əl-Məyadin şəhərindəki İŞİD terrorçularının məhvi əməliyyatını yekunlaşdırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirib. Qeyd edək ki, əl-Məyadin şəhəri Ərəfat çayı vadisində İŞİD terrorçuların nəzarəti altında olan ən iri yaşayış məntəqəsi və Suriyanın şərqində terrorçualar tərəfindən möhkəmləndirilimiş ən güclü rayondur. Rusiya müdafiə nazirliyi rəsmisinin sözlərinə görə, son müddət ərzində yaşayış məntəqəsi üzərində nəzarəti saxlamaq üçün İraqdan xeyli sayda terrorçu şəhərə cəlb edilib. Hazırda Suriya ordusunun Rusiya HKQ-in dəstəyi ilə irəllədiyi bildirilir.