İŞİDin Moskva və Mahaçqaladakı özəkləri məhv edildi


Dünya 14 Okt 2017 22:58:00 322 0

İŞİDin Moskva və Mahaçqaladakı özəkləri məhv edildi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi İŞİD-in Moskva və Mahaçqaladakı özəklərinin fəaliyyətinin qarşısını alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə RİA "Novosti" Rusiyanın Milli Antiterror Komitəsinə istinadən xəbər verib. Xəbərdə qeyd edilir ki, təhlükəsizlik orqanlarının birgə keçirdiyi əməliyyat zamanı Dağıstanda terror aktları törətməyi planlaşdıran 4 quldur saxlanılıb. Onlar Moskvada və Mahaqçalada yaxalanıblar. Saxlanılanların hamısı Dağıstan əsillidir. Onlar İŞİD üzvləri ilə əlaqədə olduqlarını, həmçinin əldəqayırma partlayıcı vasitələrdən və soyuq silahlardan istifadə etməklə, Dağıstanda insanların kütləvi iştirak etdiyi tədbirlərdə terror aktları törətməyə, həmçinin hüquq-mühafizə orqanlarının və hərbçilərin həyatına sui-qəsd hazırladıqlarını etiraf ediblər.