Sağlam arıqlamaq üçün insanı tox tutan qidalar


Digərləri 14 Okt 2017 22:15:00 349 0

Sağlam arıqlamaq üçün insanı tox tutan qidalar

Arıqlamaq üçün bir çox vasitələrin olduğunu hamımız bilirik. Həkimlər ən sağlam arıqlamanın aclıq hissi keçirmədən arıqlamaq olduğunu söyləyirlər. Buna nail olmaq üçün dietoloqlar insanlara toxluq hissi yaradan qidalardan istifadə etməyi tövsiyə edirlər. Bu qidalardan bir-neçəsinin reseptini sizlərlə bölüşmək istəyirəm. 1. Yulaf əzməsi. Son.az immunitet.az-a istinadən bildirir ki, yulaf əzməsi insanı tox tutan bir qida vasitəsidir. Arıqlamaq istəyənlərə səhərlər yulaf əzməsi yemək tövsiyə edilir, çünki yulaf əzməsi sağlam arıqlamaq üçün ən gözəl vasitədir. * Təbii lif qaynağıdır. * İnsana aclıq hissi yaşatmır. * Yulaf əzməsi B vitamini qaynağıdır. * Xolesterolu azaltmaqla yanaşı, sağlamlığa nəzarət edir. 2. Yaşıl alma. Arıqlamaqdan söhbət düşəndə yaşıl alma barədə danışmamaq olmaz. Belə ki, yaşıl almanın tərkibində petkin maddəsi var. Hər acdığınızda bir yaşıl alma yeməklə özünüzdə toxluq hissi yarada bilərsiniz. 3. Ananas. Ananas arıqlamaq istəyən adamlar üçün ən gözəl vasitələrdən hesab edilə bilər. Səhər yeməyinə ananas və ya ananas şirəsi, günortaya ispanaq, qoz və ananas salatı, axşam yeməyinə közdə bişmiş ananaslı toyuq döşü sizin vitamin balansınızı saxlamaqla arıqladar. Ananas bol vitamin deposu olmaqla yanaşı bədəndə olan şişkinliyi azaldır. 4. Somon balığı. Qiyməti bir az baha da olsa diyet saxlayanlar üçün somon balığı ən gözəl qida maddəsi sayılır. Onun tərkibi D, K və A vitaminləri, minerallar, dəmir və yodla zəngin olduğuna arıqlamaq istəyənlər üçün  ən gözəl dieta sayılır. 5. Tünd şokolad. Acdığınız zaman tərkibində qatqı maddələri olmayan təmiz tünd şokolad yesəniz, aclıq hissinizi öldürər. Şokolad doydurucu bir qida maddəsidir. Amma gün ərzində 30 qramdan artıq şokolad yemək olmaz. 6. Avokado. Avokado tərkibində olan vitaminlər sayəsində insanı tox tutan qidalardan sayılır. 7. Yumurta. Yağ və ya başqa bir əlavə etmədən yeyilən soyutma yumurta toxluq hissi yatardığına görə, diyet saxlayan zaman gün ərzində bir-neçə yumurta yemək olar. 8. Paxlalı bitkilər. Arıqlamaq istəyənlərə dadlı bir noxud salatı aclıq hissini öldürmək üçün ən gözəl vasitələrdən biridir. Zövqə görə noxudun yanına pomidor və xiyar da əlavə etmək olar.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində