Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib


Dünya 14 Okt 2017 21:29:05 325 0

Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib

Nazirlik türk qoşunlarının regiona daxil olmasını qanun pozuntusu adlandırıb

Suriyanın Xarici İşlər Nazirliyi Ankaradan türk qoşunlarını İdlib vilayəti ərazisindən çıxarmağı tələb edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Suriya Xarici İşlər Nazirliyinin dövlət televiziyasındakı rəsmi bəyanatına istinadən xəbər verib. 

Suriyanın Xarici İşlər Nazirliyində türk qoşunlarının regiona daxil olmasını qanun pozuntusu və "ağır təcavüz" adlandırıblar.

Türkiyə öz növbəsində əmin edib ki, İdlibdə hərbi qrup deeskalasiya zonası üzərində nəzarət üçündür.